3 yaşlı qız atasının idarə etdiyi aqreqatın altında qalıb öldü

3 yaşlı qız atasının idarə etdiyi aqreqatın altında qalıb öldü

Zərdab rayonunda azyaşlı bədbəxt hadisə zamanı həyatını itirib.

Hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkəri altında qalıb.

Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.