“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü

“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü

Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.

Hadisə sentyabrın 12-si Azadlıq prospekti 27-nin qarşısında – “28 Mall”un önündə baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü İsmayıl Kərim oğlu Nəbiyev skuterdən yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o, 10 gün sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.