26 yaşlı oğlanın meyiti tapıldı

26 yaşlı oğlanın meyiti tapıldı

Bakıda gənc oğlanın meyiti tapılıb.

Hadisə bu gün saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Amid Məzahir oğlu Salmanlının meyitini yaxınları evin həyətində aşkar ediblər.

Yaxınlarının bildirdiyinə görə, 2019-cu ildə Amidin atası Məzahir Salmanov 47 yaşında arısancmasından ölübmüş.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.