19 yaşlı oğlanın meyiti tapıldı – “Tok” vurub öldürübmüş

19 yaşlı oğlanın meyiti tapıldı  – “Tok” vurub öldürübmüş

Bakıda mənzildən 19 yaşlı oğlanın meyiti tapılıb.

Hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib.

2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.