17-ci əsrə aid kilsə yanıb kül oldu – Fotolar

17-ci əsrə aid kilsə yanıb kül oldu  – Fotolar

Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Açıq Hava Muzeyi ərazisində baş verən yanğında 1667-ci ilə aid taxta kilsə tamamilə yanıb.

Əraziyə 140-a yaxın yanğınsöndürən cəlb olunsa da, binanı və daxilindəki antik əşyaları xilas etmək mümkün olmayıb.

Muzey rəhbərliyi abidənin qiymətsiz olduğunu və bərpasının qeyri-mümkünlüyünü bildirib.

Hadisənin səbəbi araşdırılır, muzey müvəqqəti bağlanıb.



Qafqazinfo.