15 yaşlı yeniyetmə kanalda boğulub öldü

15 yaşlı yeniyetmə kanalda boğulub öldü

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

Məlumata görə, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.