14 yaşlı oğlan velosipeddən yıxılıb ağır xəsarət aldı

14 yaşlı oğlan velosipeddən yıxılıb ağır xəsarət aldı

Ağdamda 14 yaşlı oğlan velosipeddən yıxılaraq xəsarət alıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən idarəetməni itirərək yıxılıb.

Nəticədə X.Muxtarlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.