Samux rayonunda bir nəfər su kanalında batıb.
Hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.
Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.
Hadisə yerinə polis, prokurorluq və Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Şəmkir kanalının Samux rayonu, Qarabağlar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Yunis Quliyev