12 yaşlı şagird özünü məktəb binasından atdı – Əmisinin zorakılıq etdiyini deyibmiş

12 yaşlı şagird özünü məktəb binasından atdı  – Əmisinin zorakılıq etdiyini deyibmiş

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü M.N. bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində qız üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb. 

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

M.N. hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

Qafqazinfo.