Xəzər dənizində insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan “Daçnik” kimi tanınan ərazi, Binəqədi rayonunun Novxanı qəsəbəsində Sarı qaya deyilən ərazi, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya ərazisi mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olduğu üçün təhlükəli hesab olunur.
YENİLƏNİR
Report.