İstanbulda İran təyyarəsinə həbs qoyulub

İstanbulda İran təyyarəsinə həbs qoyulub

İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən İranın “Caspian Airlines” aviaşirkətinə qarşı borca görə hüquqi proses başladılıb.

Şirkətin 3 milyon avro borcu ilə əlaqədar kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul aeroportuna gəlib.

Onlar İran aviaşirkətinə məxsus, “EP-KPB” qeydiyyat nömrəli və bu ölkəyə uçuşa hazırlaşan təyyarənin havaya qalxmasına icazə verilməməsini tələb ediblər.

Report.