Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib.

Hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib.

2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb.

Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib. Araşdırma aparılır.

Qafqazinfo.