Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv ölkələr ilə regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsini müzakirə edib.
Bu barədə Mikayıl Cabbarov “X” hesabında paylaşım edib
Bununla bağlı müzakirələr AIIB-in 11-ci İllik Toplantısı çərçivəsində müdirlərin dəyirmi masasında aparılıb.
“Müzakirələrdə AIIB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, Bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib”, – nazir qeyd edib.
Report.