Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib

Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib

Cari ilin ötən dövründə qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə edilib.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, su basmış ərazilərdə 38 nəfərə müvafiq köməklik göstərilib.

Qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub.

Report.