Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb

Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində ümumilikdə 64 nəfərin meyiti sudan tapılaraq çıxarılıb:

“Bu da ötən ilin analoji dövründə 85 olub və təxminən 25 % azalma deməkdir”.

Akşin Əlili həmçinin bildirib ki, cari ilin çimərlik mövsümündə xilasedicilər sudan ümumilikdə 59 nəfərin meyiti çıxarılıb:

“Bu da ötən ilin analoji dövründə 68 olub və təxminən 13 % azalma deməkdir. Bu rəqəmdən yanlız 29-u bilavasitə çimərkən sudaboğulma halıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib”.

Report.