Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı toqquşmada biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, ikisi də yaralanıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs konsert zalına daxil olaraq ətrafa nizamsız atəş açıb.
Zalda sonradan məzuniyyətdə olduğu bilinən bir polis əməkdaşı ona atəşlə cavab verib. Nəticədə polis və silahlı şəxs ağır yaralanıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyiblər.
Report.