Səhiyyə Nazirliyi ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistemin işləməməsi səbəbindən yaranan problemlə əlaqədar açıqlama yayıb.
Açıqlamada problemin TƏBİB-in elektron sistemində yaranmış nasazlıqdan qaynaqlandığı qeyd olunub.
“Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq bildiririk ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.
Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”, – açıqlamada qeyd olunub.