“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

AzTU-nun Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Iclasda Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə və Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında etdiyi çıxışlardan irəli gələn məsələlər müzakirə olunub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair AzTU-da xüsusi proqramın hazırlanması qərara alınıb.

“SABAH.city” innovasiya şəhərciyində AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Mərkəz süni intellekt əsaslı kibertəhlükəsizlik və müdafiə texnologiyaları üzrə fundamental və tətbiqi tədqiqatların aparılması, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və sənaye ehtiyacları üçün innovativ həllərin hazırlanması və xidmətlərin göstərilməsinə xidmət edəcək.

Qafqazinfo.