Azərbaycan və Kot‑d”İvuar biznes sahəsində potensialı müzakirə edib

Dünyada aparıcı kakao və əhəmiyyətli keşyu ixracatçısı olan Kot‑d”İvuarın Azərbaycan biznesi üçün potensialı dəyərləndirilib.

Bu barədə konfederasiya ilə Kot‑d”İvuarın “Nouveau Regard Ivoirien” (NRI – Fildişi Sahilindən Yeni Baxış) təşkilatının prezidenti Mohamed Bakayoko ilə keçirilən görüşdə müzakirə edilib.

Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin cari vəziyyəti, əsas idxal-ixrac məhsulları və yeni investisiya imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Report.