“ADEX 2026″da Türkiyə istehsalı olan PAMİR 4×4 taktik təkərli nəqliyyat vasitəsi ilk dəfə nümayiş olunub

Türkiyənin BMC şirkəti tərəfindən istehsal olunan PAMİR 4×4 taktik təkərli nəqliyyat vasitəsi ilk dəfə Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunub.

Nəqliyyat vasitəsi yük və heyət daşınması üçün nəzərdə tutulmuş çoxtəyinatlı taktiki zirehli maşındır.

O, şəxsi heyətin və yüklərin çətin ərazi şəraitində təhlükəsiz daşınması üçün kamuflyaj rənglənməsinə, müasir işıqlandırma sistemlərinə və möhkəm ön barmaqlıq strukturuna malikdir.

Report.