Saleh Səmədova 9 il həbs istənildi

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib.

Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunmasını tələb edib.

Müdafiə çıxışı üçün vəkilə vaxt verilib.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May – Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu.

Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. O, 200 min manat mənimsəmədə təqsirləndirilir. Keçmiş şura sədri 1 ildir həbsdədir.

Qafqazinfo.