Türkiyənin bir neçə PUA modeli “ADEX 2026″da nümayiş olunur

Türkiyənin bir neçə yeni pilotsuz uçuş aparatı (PUA) modeli Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Bunlar Türkiyə şirkəti “Beyond Technologies” tərəfindən istehsal edilən TAYRON, BAZNA, FİBRON və NITRON-dur

Bu PUA-lar çoxməqsədlidir.

Döyüş meydanında taktiki üstünlük təmin etmək üçün nəzərdə tutulmuş TAYRON kəşfiyyat/müşahidə, rabitə retranslyasiyası, əldəqayırma partlayıcı qurğuların və minaların zərərsizləşdirilməsi, zərbə və taktikİ dron daşıyıcısı tapşırıqlarını yerinə yetirmə qabiliyyətinə malikdir.

BAZNA radioelektron mübarizə şəraitində işləmək üçün optimallaşdırılmış və birbaşa hədəfə zərbə vurmaq (kamikadze) üçün nəzərdə tutulmuşdur.

FİBRON radioelektron mübarizənin və GPS maneələrinin maksimum olduğu cəbhə xəttində təhlükəsiz kəşfiyyat aparmaq üçün işlənib hazırlanmışdır.

Report.