Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
“HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər”, – məlumatda bildirilib.
Report.