“Qarabağın azadlığı uğrunda aparılan mübarizə yaxın tariximizdə cəsarətin, fədakarlığın və Vətən sevgisinin yaddaşlara həkk olunan ən güclü nümunələrindən biri olub.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, 27 Sentyabr – Anım Günü ilə bağlı şəhidləri yad edib:
“Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Can Azərbaycanın qəhrəman övladlarını rəhmət və minnətdarlıqla yad edir, qazilərimizə təşəkkür edirəm.
Report.