Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasınının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunlarına dair bildirib.

“Şərtlərimiz bəllidir. Hörmüz boğazının açılması üçün irəliyə doğru hər hansı bir hərəkət bu şərtlərin yerinə yetirilməsindən asılıdır və biz onlardan geri çəkilməyəcəyik”, – İranın XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, İranın şərtlərinə ilk reaksiya ABŞ Prezidenti Donald Trampdan gəlib.

“Lakin hələ vasitəçilərdən bizə heç nə çatdırılmayıb”, – Əraqçi qabardıb.

Report.