Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək

Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Qeyd olunub ki, səfər zamanı Türkiyə-BƏƏ münasibətləri, Körfəz regionundakı vəziyyət, Hörmüz və Bab-əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyi, eləcə də Qəzza və Yəmənlə bağlı regional məsələlər müzakirə olunacaq.

Görüşlərdə Türkiyənin BƏƏ ilə həmrəylik nümayiş etdirdiyi, münaqişələrin həllində kənar müdaxilələr əvəzinə, regional təşəbbüslərin gücləndirilməsinin vacibliyi vurğulanacaq.

Report.