Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı – Bu cəza verildi

Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı  – Bu cəza verildi

Bakıda dostunun bank kartından pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Hadisə Səbail rayonu ərazisində baş verib.

Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü Nurlan Şıxməmmədov (şərti soyadlı) kirayə qaldıqları evdə həm də otaq yoldaşı olan Saday Sadayovun telefonunda bank proqramının şifrəsini öyrənib. O, dostundan xəbərsiz onun “Redmi” markalı telefonunu götürüb və bank proqramına daxil olaraq 2020 manat pulu gizli şəkildə öz hesabına köçürüb. Bundan sonra evi tərk edərək qaçıb.

O, oğurladığı pullarla “Azpulmat”a olan kredit borcunu ödəyib, həmçinin özünə xərcləyib.

Saday polisə şikayət etdikdən sonra Nurlan barəsində cinayət işi başlanılıb.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Nurlana 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və onun üzərinə elektron qolbaq yerləşdirilib.

Aslan Vəliyev

Qafqazinfo.