“YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”

“YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”

“Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam edir”.

Bu sözləri jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, qurultay növbədənkənar xarakter daşımır və ənənəvi olaraq hər beş ildən bir təşkil olunur: “Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, partiyanın beş il ərzində keçdiyi yol nəzərdən keçiriləcək və bir sıra məsələlər müzakirə olunacaq. Həmçinin nizamnamədən irəli gələn məsələlərə də baxılacaq”.

Sail Ağasəlim

Qafqazinfo.