Rusiya Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.
Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib.
“Bu (hərbi-texniki – red.) sahədə qarşılıqlı əlaqədə texniki və maddi baxımdan böyük təcrübə toplamışıq. Rusiya tərəfi bu əməkdaşlığı davam etdirməyə hazırdır”, – o bildirib.
Moskva ilə Yerevan arasında təhlükəsizlik sahəsindəki etimadın itirilməsi və onun bərpası ehtimalı ilə bağlı şərh verən Kopırkin deyib: “Düşünürəm ki, bu mümkündür. Mən buna qarşı hədsiz pessimist olmazdım. Amma təbii ki, bu, tərəflərin siyasi iradəsindən asılı olacaq”.
Report.