Ötən il alınmamışdı, bu il oldu

Ötən il alınmamışdı, bu il oldu

ABŞ sakini Sara Uitti çəkisi 77,1 kiloqram olan nəhəng bir kabak yetişdirib.

Bu barədə “People” nəşri məlumat yayıb.

Uittinin yetişdirdiyi bu tərəvəz Şimali Amerikada ən böyük kabak kimi tanınıb. O, əvvəlcə üç kabak bitkisi əkdiyini, lakin onlardan ikisinin çatladığını və yalnız üçüncüsünü çətinliklə xilas edə bildiyini izah edib.

Qeyd edilir ki, 2025-ci ildə Uitti çəkisi 73,7 kiloqram olan kabak yetişdirməklə oxşar bir rekord qoymağa çox yaxın olub. Lakin münsiflər heyəti tərəvəzin üzərində kiçik bir çat aşkar etdikdən sonra o, müsabiqədən kənarlaşdırılıb.

Qafqazinfo.