Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, minik avtomobilin idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpıldığı deyilir.
Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Saatlıdakı qəzanın təfərrüatları məlum olub.
Belə ki, rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı edərkən işıq dirəyinə, sonra isə yol kənarındakı hasara çırpılıb.
Qəza nəticəsində avtomobildə sürücünün anası və 2019-cu təvəllüdlü bacısı olub. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi olub.
Surxay Şahbazov