İranın Məşhəd şəhərində 2 etirazçı edam olunub

İranın Məşhəd şəhərində 2 etirazçı edam olunub

İranın İnqilab məhkəməsinin qərarına əsasən, Məşhəd şəhərində 2 nəfər barəsində çıxarılan ölüm hökmü sentyabrın 30-da səhər saatlarında icra olunub.

Məlumatı İran məhkəmə sisteminin orqanı olan “Mizan” yayıb.

Bildirilib ki, edam edilmiş Əli Hemməti və Məcid Nikəndiş bu ilin yanvar ayında keçirilən etiraz aksiyalarında Təbəs şəhərində həbs edilib. Onlar ölkənin təhlükəsizliyinə qarşı “müharibə aparmaqda” təqsirli biliniblər.

Əli Hemməti və Məcid Nikəndiş barəsində edam hökmü 2026-cı ilin mayında çıxarılıb. Hökmün dəyişdirilməsi ilə bağlı müraciətlərə baxmayaraq, Ali Məhkəmə onu qüvvədə saxlayıb.

Report.