İranda son 9 ayda 70 siyasi məhbus edam edilib

İranda son 9 ayda 70 siyasi məhbus edam edilib

İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub.

Bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib.

Reallıqda edam edilənlərin və ölüm hökmünə məhkum olunmuşların sayı daha çoxdur. Bu, qeydə alınmışların statistikasıdır.

Report.