Son 9-10 ay ərzində ölkənin aparıcı universitetlərindən 100-ə yaxın gənc mühəndisin müdafiə sənayesi sahəsinə cəlb edilməsi həyata keçirilib.
Bunu müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ADEX 2026 çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda 200-ə yaxın tələbənin isə bu istiqamətdə praktiki məşğələləri həyata keçirilir.
“Bu, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya və Mərkəzi ilə universitetlərin birlikdə apardığı layihə çərçivəsində həyata keçirilir”.
Nazir müavini deyib ki, Müdafiə Sənayesi Nazirliyi 2025-ci ilin noyabr ayından etibarən insan kapitalının yetişdirilməsi istiqamətində fəaliyyətəni genişləndirməyə başlayıb.
“Hazırda Azərbaycanın 9 universiteti ilə əməkdaşlıq həyata keçirməklə sənaye-universitet kooperasiyasının təmin edilməsini həyata keçirməkdəyik. İlk dəfədir ki, ADEX 2026 sərgisi çərçivəsində müdafiə sənayesi üzrə universitetlərin iştirakını baş tutur və 9 universitetin tələbələri müdafiə sənayesinin mütəxəssisləri ilə birgə hazırladıqları məhsulları nümayiş etdirirlər”.
YENİLƏNİR