17 illik departament direktoru baş direktor oldu

17 illik departament direktoru baş direktor oldu

Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.

Yeni təyinatdan sonra baş direktorların sayı yenidən 10-a çatıb.

Yeni baş direktor bu vəzifədə bir müddət əvvəl işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.

Qeyd edək ki, A.Ələsgərov 2009-cu ildən Pul siyasəti departamentinin direktoru vəzifəsində işləyirdi.

Qafqazinfo.