Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur

Azərbaycanın Müdafiə Nazirliyində artıq kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur və əsgərlərin bu sahədə xidməti də təşkil olunub.

Bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov ADEX 2026 çərçivəsində keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektoral görüşdə deyib.

O qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığına əsasən, hərbi qulluqçuların, xüsusilə də müddətli həqiqi hərbi xidmət qulluqçularının bu sahəyə cəlb olunması həyata keçirilir:

“Müəyyən texniki biliklərə malik olan əsgərlərimizin bu sahəyə cəlb olunması istiqamətində işlər görülür”.

E. Həsənov xatırladıb ki, kibertəhlükəsizliklə bağlı artıq Müdafiə Nazirliyində vahid struktur formalaşdırılıb və Kibertəhlükəsizlik İdarəsi yaradılıb.

Report.