TRIPP layihəsi çərçivəsində təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçirilə bilər

TRIPP layihəsi çərçivəsində təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçirilə bilər

TRIPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində baş tuta bilər.

Bunu Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, proqram bir çox səviyyələrdən ibarətdir və hazırda onunla bağlı zəruri araşdırmalar aparılır.

“Biz bütün mərhələləri keçdik, çoxsaylı nümayəndə heyətlərimiz Vaşinqtona səfər etdi, Vaşinqtonda müxtəlif qurumlararası görüşlər keçirildi və artıq proqram hazırdır, praktiki icra mərhələsinə çatıb. Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – Mkrtçyan qeyd edib.

Report.