Elşən Həsənov: Artıq kiber təhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir

Elşən Həsənov: Artıq kiber təhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir

Proseslər göstərir ki, kiber təhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir.

Bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov ADEX 2026 çərçivəsində keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektoral görüşdə açılış nitqində deyib.

Onun sözlərinə görə, dəyişən dünya fonunda informasiya texnologiyaları sahəsində kiber təhlükəsizlik adi bir sahə deyil.

“Artıq yeni-yeni silahlar, yeni texnologiyalar mövcuddur və bu sərgidə də bir daha gördük ki, müasir silahlar artıq informasiya texnologiyası və süni intellekt əsaslı silahlardır. İnsansız sistemlər artıq reallıqdır və bunların kiber təhlükəsizliyi çox önəmli bir məsələdir. Hətta mən deyərdim ki, artıq kiber təhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir”.

İdarə rəisi qeyd edib ki, Müdafiə Nazirliyi olaraq bu sahədə qısa bir müddət ərzində yeni uğurlar əldə edilib.

Report.