İran ABŞ ilə münaqişə fonunda raketlərinin mənzilini artırmaq üçün işə başlayıb

İran ABŞ ilə münaqişə fonunda raketlərinin mənzilini artırmaq üçün işə başlayıb

İran ordusu öz raketlərinin mənzilinin artırılması üzərində işə başlayıb.

Bu barədə “Fars” agentliyinə müsahibəsində İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.

Onun sözlərinə görə, bu qərar ABŞ-yə qarşı döyüş əməliyyatları təcrübəsi ilə bağlıdır.

“Müharibənin yekunlarına əsasən biz bu qənaətə gəldik ki, raketlərimizin mənzilini mütləq artırmalıyıq və hazırda biz bu istiqamətdə hərəkət edirik”, – general deyib.

Report.