Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib

“İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarık.

Report.