70 yaşlı qadını maşın vurub öldürdü

70 yaşlı qadını maşın vurub öldürdü

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qalağayın kəndinin ərazisində qeydə alınıb.

Belə ki, sözügedən kənddən olan 70 yaşlı Püstəxanım Hüseynova yolu keçərkən minik avtomobili vurub.

O, aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Qafqazinfo.