“Al Hadath”: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

“Al Hadath”: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Buna İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.

İranın rəsmi şəxsləri hələlik məlumatı şərh etməyiblər.

“Reuters” agentliyi isə bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsi gözlənilir. Belə ki, qətərli vasitəçilər bu gün və ya sabh Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparacağı gözlənilir.

Report.