Anım Günü ilə əlaqədar ƏƏSMN-in kollektivi Zəfər abidəsini ziyarət edib – Fotolar

Anım Günü ilə əlaqədar ƏƏSMN-in kollektivi Zəfər abidəsini ziyarət edib  – Fotolar

27 Sentyabr – Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!