Samuxda bıçaqlanma hadisəsi baş verib.
Insident rayonun Kolayr kəndində qeydə alınıb.
40 yaşlı Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində olub. Onun bıçaqlanmasında qonşusu 34 yaşlı Nəsib Qasımov şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Qafqazinfo.