14 şagird dərsdə hazırladıqları qidadan zəhərləndi

14 şagird dərsdə hazırladıqları qidadan zəhərləndi

Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.

Məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.

***

Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) bildirilib ki, zəhərlənmə hadisəsi məktəblilər arasında baş verib.

Agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) bu gün saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.




Qafqazinfo.