AIIF 2026-da Azərbaycanda yeni investisiya istiqamətləri ilə bağlı sessiya baş tutub

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya təşkil olunub.

Sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək, ölkəmizdə şəhərsalma və şəhər inkişafı sahəsində həyata keçirilən layihələr, investisiya imkanları və dayanıqlı şəhər inkişafına dair yanaşmalar barədə məlumat verib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə turizm sektorunun inkişafı, investisiya imkanları və ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Panel sessiyaya “Zaha Hadid Architects” şirkətinin regional bazar və müştəri əlaqələri üzrə meneceri Məryəm Novruzi moderatorluq edib.

Sessiyada Monteneqronun turizm naziri Simonida Kordiç, “Sea Breeze” şirkətinin təsisçisi Emin Ağalarov, Azərbaycan Turizm Bürosunun Direktorlar Şurasının sədri Florian Zengştşmid, Paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad edilmiş ərazilərin layihələrinin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov, “Avant Group” şirkətinin Direktorlar Şurasının sədri Əli Hüseynov, “Zaha Hadid Architects” şirkətinin direktoru Manuela Qatto, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri Anna Soave, “ADEC” MMC-nin (“White City”) xüsusi layihə meneceri Yelena Çernova iştirak ediblər.