Azərbaycan və “Global Infrastructure Partners” (GİP) şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.
Bu barədə müzakirələr İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində nazir Mikayıl Cabbarovun şirkətin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşdə aparılıb.
Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.