Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Report.