Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) toplantısı başlayıb və iclasın gündəmində İstanbulda aparılan fond istintaqı, “Terrorsuz Türkiyə” prosesindəki son hadisələr və xarici siyasət yer alır.
Kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan istintaqın son vəziyyəti qiymətləndiriləcək.
Belə ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daha əvvəl 46 hüquqi şəxs, 18 fond və 42 fiziki şəxs olmaqla, ümumilikdə 106 şəxs və təşkilat barəsində əmlak tədbirinin tətbiq edilməsi tələb edilib. Son olaraq 45 şirkət və 19 fond barəsindəki əmlak tədbirləri ləğv olunub.
NK digər bir mühüm gündəm maddəsi “Terrorsuz Türkiyə” prosesi olacaq. Prosesin bundan sonrakı mərhələsində atılması planlaşdırılan qanuni addımların da iclasda müzakirə edilməsi gözlənilir.
İclasda regional və beynəlxalq hadisələrin də qiymətləndirilməsi gözlənilir. Türkiyənin xarici siyasət gündəmindəki hadisələr və regional təhlükəsizlik məsələləri masaya yatırılacaq.