Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şahməmmədli kəndində qeydə alınıb.
Təxminən 13 yaşlarında olan oğlan uşağını avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.